Futbol üzrə Almaniya Bundesliqasının 31-ci turu çərçivəsində baş tutan Rur derbisində “Şalke”yə 2:4 hesabıyla uduzmaqla çempionluq yolunda vacib xallar itirən Dortmund “Borussiya”sı daha bir zərbə ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Dortmund təmsilçisinin iki aparıcı futbolçusu – Marko Roys və Marius Volf bu qarşılaşmada qırmızı vərəqə almışdı. Almaniya Futbol Federasiyası hər iki futbolçuya ağır cəza kəsib. Belə ki, Roys 2, Volf isə 3 oyunluq cəzalandırılıb.

Roys Münhenqladbax “Borussiya”sına qarşı keçirəcəkləri mövsümün son turunun oyununda komandasına kömək edə biləcək. Amma Volf üçün mövsümü artıq bitmiş saymaq olar.

Qeyd edək ki, 71 xala malik lider “Bavariya”dan cəmi 2 xal geridə qalan “Borussiya”nı qalan turlarda “Fortuna” ilə ev, “Verder” və Münhenqladbax “Borussiya”sı ilə səfər oyunları gözləyir.

Shares: