İngiltərənin “Everton” klubu futbolçusu Tom Deyvisin müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçiylə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
17 yaşında Premyer Liqada debüt edən Deyvis, “Everton”da kapitanlıq sarğısını taxan ən gənc futbolçu ünvanına sahibdir.
Deyvislə “Mançester Yunayted” yaxından maraqlanırdı.