Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Zaqatala” doğma meydanda “Qarabağ-2” ilə qarşılaşıb. 

Kifayət qədər məhsuldar alınan matçda meydan sahibləri böyük hesabla qalib gəliblər.

Xatırladaq ki, bu oyun aprelin 17-də keçirilməli idi. Lakin həmin gün Zaqatala şəhərinə güclü yağışın yağması səbəbindən qarşılaşma təxirə salınmışdı.

Birinci Divizion
23-cü turun oyunu

30 aprel

Zaqatala – Qarabağ-2 7:1
Qol: Qol: Roini İsmayılov, 10. Cavad Kazımov, 25-pen; 41; 47, Maqsud Ələbərov, 36; 53; 74 – İsmayıl İbrahimli, 20.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp