Futbol üzrə Region Liqasının İşçi Qrupu AFFA-nın İntizam Komitəsinin “Füzuli” – “FC Baku” komandalarının oyunu ilə bağlı çıxardığı 29.04.2019-cu il tarixli müvafiq qərarı əsas tutaraq, yarımfinalda keçirilməli olan “FC Baku” – “Şahdağ” oyununun ləğv olunması və “Şahdağ” komandasının birbaşa final oyununa yüksəlməsi barədə qərar qəbul edib. 

Futbolinfo.az xəbər verir ki, eyni zamanda, digər yarımfinal oyununda “Uğur” komandasına məğlub olmuş “Araz Naxçıvan” komandasının birbaşa olaraq Region Liqasında 3-cü yeri tutması haqqında qərar qəbul olunub.

Shares: