Türkiyənin “Alanyaspor” klubu yol qəzasında dünyasını dəyişən futbolçusu Yozef Suralın forma nömrəsini əbədiləşdirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Çexiyalı hücumçunun 90 nömrəli formasını artıq heç bir oyunçunun geyinməyəcəyi vurğulanıb. Bu barədə Alanya təmsilçisinin İdarə Heyəti qərar qəbul edib. 

Qeyd edək ki, "Alanyaspor"un avtobusu "Kayserispor"la 30-cu tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Sural ciddi xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib. Qəza nəticəsində “Alanyaspor”un daha 6 legioner futbolçusu xəsarət alıb.

Shares: