Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.

Futbolinfo.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. 

Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qəbələlilər ilk oyunda minimal hesabla qalib gəlmişdilər. Ancaq bu mövsüm Premyer Liqada ağdamlılar 4 oyunun hamısında bu rəqibindən güclü olmuşdular – 4:1, 3:1, 2:1 və 2:1. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Bunlardan üçündə “Qarabağ”, birində isə “Qəbələ” sevinən tərəf olmuşdu.

Bu oyun Ağdam klubu üçün yaxşı başlayıb. Meydan sahibləri matçın gedinişdə iki qol vurmaqla böyük üstünlük əldə ediblər. Lakin matçın sonlarında fərqi azaltmağa nail olan Qəbələ təmsilçisi məhz səfər qolu sayəsində finala yüksəlib.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu

1 may

“Qarabağ” – “Qəbələ” 2:1
Qol: Miçel, 37. D.Kintana, 58 – D.Volkov, 81.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 17:00.
İlk oyun – 0:1.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (k), 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 77. Donald Gerye, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 14. Rəşad Sadıqov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Anar Nəzirov, 34. Ürfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov.
Baş məşqçi: Zaur Həşimov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp