Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, sonuncu yarımfinal matçı Zirədə baş tutub. 

Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edib. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumda idilər.

Bu kollektivlər arasında Premyer Liqanın cari mövsümündə baş tutan 4 görüşdən 3-də “qartallar” qələbə qazanmışdılar: 0:1, 3:1, 1:0 və 2:0. Ölkə kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şans idi.

İlk oyundan fərqli, bu komandaların cavab qarşılaşması kifayət qədər məhsuldar alınıb. Altı qolun vurulduğu görüşün sonunda sevinən tərəf isə "Sumqayıt" olub.

Daha öncə "Qarabağ"ı üstələyən "Qəbələ" həlledici oyuna vəsiqə qazanmışdı. Beləliklə, mayın 19-da keçiriləcək final oyununda "Qəbələ" "Sumqayıt"la üz-üzə gələcək. 

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları

1 may

“Zirə” – “Sumqayıt” 3:3
Qol: P.F.Azad, 47. X.S.Rodriqes, 84. Ş.Tiqrudja, 90+5 – P.Babayi, 19; 27; 44.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu. 20:00. 
İlk oyun – 0:0.

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriqes, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 17. Robin Nqalande, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp