"Mançester Yunayted" transfer çalışmalarını sürətləndirib. David De Xeanın komandadan gedişini nəzərə alan "qırmızı-şeytanlar" yeni qapıçı transferi üçün hərəkətə keçib.
 
İngiltərə mediasının məlumatına görə, "Mançester Yunayted"in hədəfindəki qapıçı "Atletiko"dan Yan Oblakdı. Klub rəhbərliyi qolkiper üçün 120 milyon avrodan keçməyə hazırdı. Bu keçid baş tutsa, "Mançester Yunayted" tarixinin ən bahalı transferi olacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp