Sabah Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Qarşılaşmalara təyinat alan hakimlər açıqlanıb.
 
UEFA "Arsenal" – "Valensiya" oyununa Fransa, "Ayntraxt" – "Çelsi" görüşünə isə İspaniyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib. Londondakı matçı Klemen Turpin idarə edəcək. Frankfurtdakı qarşılaşmada isə Karlos del Serro Qrande iş başında olacaq.
 
Qeyd edək ki, sabah keçiriləcək hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Shares: