“Atletiko” “Çelsi”nin hücumçusu ilə maraqlanır. Madrid təmsilçisi son zamanlar “Barselona”nın maraq dairəsində olduğu deyilən Antuan Qrizmannın komandadan ayrılacağı halda, onun yerini londonluların futbolçusu Qonsalo İquaynla doldurmaq istəyir.
 
“Hindular”ın baş məşqçisi Dieqo Simeonenin argentinalı futbolçunun oyununu bəyəndiyi və onu komandasında görmək istədiyi bildirilir. Müqavilə ilə “Yuventus”a məxsus olan 31 yaşlı forvard, yanvar ayından icarə əsasında “zadəganlar”ın şərəfini qoruyur. O, Premyer Liqada keçirdiyi 12 oyunda 4 qolla yadda qalıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp