“Milan” mövsümün sonunda baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayıracaq. İtaliya mətbuatı 41 yaşlı mütəxəssisin yerinə gələ biləcək 4 namizədi açıqlayıb. Bunlar Eusebio Di Françesko, Canpyero Qasperini, Lenardo Jardim və Marko Campaolodu.
 
Bu 4 mütəxəssisdən yalnız Eusebio Di Françesko hazırda işsizdir. Qasperini “Atalanta”nı, Jardim “Monako”nu, Campaolo isə “Sampdoriya”nı çalışdırır.
 
“Milan” rəhbərliyinin əsas məqsədi baş məşqçi postuna Mauritsio Sarrini gətirmək olsa da, italyan mütəxəssis menecerləri vasitəsi ilə “Çelsi”dən ayılmaq istəmədiyini bildirib.
 
“Milan” A Seriyasında 34 turdan sonra 56 xalla 7-ci sıradadı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp