Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində bu gün “Liverpul” səfərdə “Barselona” ilə ilk oyuna çıxacaq.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis azarkeşlər oyundan əvvəl qalmaqala səbəb olublar. Barselona şəhərindəki “Liverpul” azarkeşləri bir ispanı meydanda olan fəvvarəyə itələyib salıblar. İngilis azarkeşlər həmin görüntüləri çəkərək, sosial şəbəkədə yayıblar.

Bundan əlavə, Barselona polisi otel işçisinə hücum edən 6 “Liverpul” azarkeşini saxlayıb.

“Barselona” – “Liverpul” matçı bu gün, saat 23:00-da start götürəcək.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp