İngiltərənin “Arsenal” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Aaron Remzi sıradan çıxıb.

O, zədə səbəbindən bir müddət məcburi istirahət etməli olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Remzinin Avropa Liqasının yarımfinalı çərçivəsində İspaniya “Valensiya”sı ilə ilk oyununu buraxacağı bildirilib.

Qeyd edək ki, “Arsenal” – “Valensiya” matçı sabah keçiriləcək və saat 23:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp