İspaniyanın “Sevilya” klubunun futbolçusu Ever Baneqa cəzalandırılıb.

Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 4 oyunluq cəza alıb. 

Baneqa, La Liqanın 35-ci turu çərçivəsində keçirilən “Jirona” – “Sevilya” matçının 90+5-ci dəqiqəsində rəqib futbolçunun sinəsinə ayaqla zərbə endirdiyi üçün qırmızı vərəqə almışdı. 4 oyunluq cəza alan Baneqa, La Liqada sona 3 tur qalmış komandasına kömək edə bilməyəcək.

“Jirona” – “Sevilya” matçı meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

“Sevilya” 35 turdan sonra 55 xalla 5-ci sırada qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp