“Neftçi” Azərbaycan Premyer Liqasının 27-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, komanda bu gün öz bazasında növbəti məşqə çıxıb. 

Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlığın sabah da bir məşqlə davam etməsi nəzərdə tutulub.

Xatırladaq ki, mayın 5-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 18:00-da başlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp