Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” bu gün səfərdə “Qarabağ”la qarşılaşır.

Futbolinfo.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Sənan Qurbanov matçın sonlarında texniki zonadan uzaqlaşdırılıb. Belə ki, baş hakim İnqilab Məmmədov gənc mütəxəssisi onun qərarlarına etirazı səbəbindən 75-ci dəqiqədə cəzalandırıb.

İlk oyunda 1:0 hesabıyla qalib gəlmiş “Qəbələ” cavab matçında hazırda 0:2 geridədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp