Futbol üzrə Qazaxıstan çempionatında 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Ordabası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb. O, 90+1-ci dəqiqədə vaxtı uzatdığı üçün sarı vərəqə ilə də cəzalanıb. Amma bundan cəmi 3 dəqiqə sonra buraxdığı qolla komandasının qələbəni əldən verməsinə səbəb olub.
Son turlardakı ardıcıl xal itkilərindən sonra “Tobol” hazırda 17 xalla 2-ci pillədə qərarlaşıb.