"Qəbələ" Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"ı mübarizədən kənarlaşdırıb, finala yüksəldi. Oyundan sonra "qırmızı-qaralar"ın prezidenti prezidenti Fariz Nəcəfov müsahibə verdi. O, öncə oyunla bağlı danışdı.
 
– Bilirdik ki, ağır oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Komandanı təbrik edirəm. Finala kimi daha öncə də gəlmişik, ancaq son nöqtəni qoymamışıq. Ümid edirəm ki,  mayın 19-da layiqli oyun göstərərək, kuboku qazanacağıq.
 
– Artıq ardıcıl 3-cü dəfədir ki, finala yüksəldiniz.
– Bəli, ümumilikdə isə 4 dəfə final oynamışıq. Ancaq biz bu titula yiyələnə bilməmişik. İnanıram ki, bu dəfə kuboku qazanarıq.
 
– “Qarabağ” hesabda 2:0 öndə olanda komandaya inanırdınız?
– Mən bu komandaya həmişə sona qədər inanmışam. Uduzsaq da, udsaq da, onlara inamım var. İnanmasaq, işimizin mənası və məqsədi olmaz.
 
– Finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz?
– Fərqi yoxdu.
 
– Finalın Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?
– Artıq qərar verilib. Bununla bağlı nəsə danışsam, yanlışlıq olardı. Daha öncə bu barədə münasibət öyrənilməyib. Ona görə də oyunun harada keçirilməsində asılı olmayaraq, ciddi hazırlaşmalıyıq.
 
– “Qəbələ”də büdcənin azaldılacağı ilə bağlı iddialar dolaşır. Kuboku qazansanız, planlar necə olacaq?
– Bu barədə hər şeyi danışa bilmirəm. Kubokla çempionatın bizim qərarlaırımıza təsiri olmayacaq. Əvvəlcədən planlaşdırığımız kimi gedirik. Komandanın gələcək strategiyası ilə bağlı yaxınlarda açıqlama olacaq.
Shares: