“Keşlə” əsas oyunçularından birini itirəcək. Premyer Liqada sonuncu pillədə qərar tutan bakılılar ən yaxşı legionerini buraxmağa məcburdu.
Futbolinfo.az xəbər verir ki, Con Kamara yeni təkliflər alıb. Bəzi İran klublarının istədiyi sierra-leoneli dayaq yarımmüdafiəçisinin Çinə getmək ehtimalı da var. Və o, sonuncu təklifə daha real baxır. Çünki çinlilər ona çox yaxşı müqavilə təklif edib.
“Keşlə”də ayına 10 min dollar maaş alan futbolçu buradakı durumundan məmnun deyil. Üstəlik, komandanın taleyi müəmmalıdı, elitada qalıb-qalmayacağı bilinmir. Bu səbəbdən o, gələn təklifləri götür-qoy edir. Müqaviləsində yaxşı təklif gələcəyi halda gedəcəyi haqda bənd olduğundan Bakı klubu onu saxlaya bilməyəcək.
Xatırladaq ki, Kamara “Keşlə”yə qışda Qazaxıstan “Kaysar”ından gəlmişdi.