Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Almaniya “Ayntraxt”ı İngiltərənin “Çelsi” klubunu qəbul edib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi bu oyunda qalib müəyyənləşməyib.
Günün digər qarşılaşmasında “Arsenal” Londonda “Valensiya”nı sınağa çəkib. Hesabı İspaniya təmsilçisi açıb. Amma meydan sahibləri buraxılan qolun əvəzini artıqlamasıyla çıxıblar və əzmkar qələbə əldə ediblər.
Yarımfinalın cavab matçları mayın 9-da baş tutacaq.
Avropa Liqasının final oyunu mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
2 may
Ayntraxt (Almaniya) – Çelsi (İngiltərə) 1:1
Qol: Yoviç, 23 – Pedro, 45.
Arsenal (İngiltərə) – Valensiya (İspaniya) 3:1
Qol: Lakazett, 18; 26. Obameyanq, 90 – Diakabi, 11.