“Qarabağ” Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə “Səbail”i məğlub edib, çempionluğu vaxtından əvvəl rəsmiləşdirsə belə, həmin oyundan sonra Ağdam klubuna kubok təqdim olunmayacaq.
Futbolinfo.az xəbər verir ki, bunu qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib. O bildirib ki, PFL bu dəfə də ənənəyə sadiq qalacaq:
“Belə deyək, kubok çempionun arxasınca gəzməyəcək. Bəlkə heç bu tur çempionluq rəsmiləşməyəcək. Ona görə də kubok son turda – “Neftçi” – “Qarabağ” matçından sonra medallarla birlikdə təqdim olunacaq".
Qeyd edək ki, "Qarabağ" bu tur "Səbail"ə qalib gəlsə, "Qəbələ" – "Neftçi" oyununun nəticəsindən asılı olmayaraq, Premyer Liqanın qızıl medallarını təmin edəcək.