İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Barselona”ya məğlub olub.

Futbolinfo.az xəbər verir ki, 0:3 hesabıyla bitən görüşdə “Liverpul” anti-rekordunu təkrarlayıb. Belə ki, Mersisayd təmsilçisi klub tarixində ikinci dəfə Çempionlar Liqasında 3 top fərqi ilə uduzub.

Bundan əvvəl “Liverpul” 2014-cü ilin oktyabrında, qrup mərhələsinin oyunları çərçivəsində “Real”a eyni – 0:3 hesabıyla uduzub.

Shares: