“Barselona” Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Liverpul”u məğlub edib.

Futbolinfo.az xəbər verir ki, 3:0 hesabıyla bitən qarşılaşma Kataloniya təmsilçisi üçün yubileylə yadda qalıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın 26-cı dəqiqəsində hesabı açan Luis Suares, “Barselona”nın Çempionlar Liqasındakı 500-cü qolunu vurub. Daha sonra iki dəfə fərqlənən Lionel Messi isə “Barsa”nın turnirdəki 501 və 502-ci qollarına imza atıb.

“Liverpul”la “Barselona” arasındakı cavab matçı mayın 7-də keçiriləcək.

Shares: