Türkiyə Futbol Federasiyası (TFF) “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəli cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, cəzaya 38 yaşlı qolkiperin Super Liqa çərçivəsində “Trabzonspor”la görüşdə rəqib futbolçunu təhqir etməsid səbəb olub. Türkiyə millisinin sabiq üzvü 1:1 hesabıyla başa çatan oyundan sonra idmançıya yaraşmayan açıqlama verdiyinə görə də 3 oyunluq cəzalandırılıb.

Bu cəza səbəbindən Volkan qarşıdakı turlarda “Kasımpaşa”, “Akhisarspor” və “Ərzururmspor”la görüşlərdə komandasına kömək edə bilməyəcək.

Shares: