Futbol üzrə Türkiyə kubokunun final matçının vaxtı dəyişdirilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, həlledici görüş mayın 16-dan 15-nə keçirilib. Buna yayımçı qurumun öz proqramında dəyişiklik etməsi səbəb olub.

Qeyd edək ki, mayın 15-də Sivasda keçiriləcək final matçında  "Qalatasaray"la "Akhisarspor" üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Shares: