"Valensiyada bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Ona görə də mümkün qədər çox qol vurmaq istəyirdik. Real qol imkanlarını qaçırdım, ancaq yaxşı ki, Obameyanq 3-cü qolu vurdu" – bu sözləri "Arsenal"ın futbolçusu Aleksandr Lyakazett Avropa Liqasının yarımfinalının "Valensiya" ilə ilk görüşündən (3:1) sonra UEFA-nın saytına açıqlamasında deyib.
 
Londonda keçirilən matçda dubl edən fransalı hücumçu  Bakı finalını arzuladığını gizlətməyib: "Avropa Liqasını Çempionlar Liqasına getmək və bir kubok qazanmaq üçün istəyirik. Həm Premyer Liqanı ilk 4-lükdə tamamlamaq, həm də Bakıda final oynamaq gözəl olar".
 
Xatırladaq ki, Avroliqanın final matçı mayın 29-də Bakı Olimpiya Stadionunda keçiriləcək. 
Shares: