Azərbaycan millisinin və "Krılya Sovetov”un futbolçusu Ramil Şeydayev sportsdaily.ru saytına müsahibə verib. 23 yaşlı forvard gələcək karyerası haqda da danışıb.
 
– "Zenit"lə oyundakı uğursuzluqdan danışmağa dəyər?
– Oyunu ilk 30 dəqiqədə itirdik. 0:3-dən sonra geri dönüş etmək çətin idi. "Zenit" yenə qol vura bilərdi. Ancaq məğlubiyyəti məntiqli hesab etmirəm. İki qol vurduq və buna davam edə bilərdik. Ancaq nəticə lehimizə olmadı. Növbəti oyunları düşünməliyik.
 
– Oyunun başlanğıcı barədə nə deyə bilərsiz?
– Söyləmək çətindir. Böyük ehtimalla, yaxşı köklənə bilmədik. Belə oyunlar olur, ancaq səhvə yol vermək olmaz. "Zenit" təəccübləndirdimi? Xeyr. Onların hücumlarına hazır idik. "Zenit" yaxşı oynadı, amma təkrar edirəm, bu nəticədə günahkar bizik.
 
– Ancaq mümkünsüz görünsə də, 1 dəqiqənin içində 0:3-ü 2:3-ə çevirməyi bacarmışdız…
– Hesab 0:3 olanda komandamız rahat idi, itirəcək heç nəyimiz qalmadığından, yüngül hiss etdik, rahat oynamağa başladıq. İkinci hissədə yenə hücuma atıldıq. Təəssüf ki, şanssız idik, cəhdlərimiz bir nəticə vermədi. Mən də qırmızı vərəqə alaraq komandamın işini çətinləşdirdim.
 
– İlk sarı vərəqəni aldığınız epizodda nə baş verdi?
– Sadəcə, emosiyalarımı cilovlaya bilmədim.
 
– Bəs ikincisində?
– Orda texniki səhvə yol verdim. Topun uzağa getməsinə imkan verdim və axıra qədər mübarizə aparmaq qərarına gəldim.
 
– Miodraq Bojoviç də bununla bağlı “emosiya” sözünü işlətdi. Baş məşqçi sizə nəsə dedimi?
– Xeyr. Komanda çox məyus idi və heç kim mənə etiraz bildirmədi. Oyunun təhlili zamanı həmin epizodu müzakirə edəcəyik.
 
– Premyer Liqa klubunda əsas heyətdə çıxış edirsiniz, mətbuatla münasibətiniz yaxşıdı və Azərbaycan millisinin heyətində qol vurmusuz. Hadisələrin gedişindən məmnunsuz?
– Belə deməzdim.
 
– Niyə?
– Turnir cədvəlindəki mövqeyimiz bizi üzür. Yaxşı komanda, əla futbolçulara sahibik, bu səbəbdən üzdən ən yaxşısını gözləmək üçün hər cür səbəb var. Əsas hədəfimiz mövsümü yaxşı vəziyyətdə bitirmək və azarkeşləri razı salmaqdı. Özüm haqda belə deyərdim: bu, mənim maksimumum deyil. Ancaq daha yaxşı olmaq üçün çox çalışmalıyam.
 
– “Zenit”də oynamağa davam edəcəyiniz halda nələr olacağını soruşmusuz özünüzdən?
– Xeyr. Sankt-Peterburq mənim doğma şəhərim, “Zenit” doğma komandamdır, evimdir. Ancaq geri baxmaq məntiqli deyil.
 
– Müsahibələrinizin hamısında – 2017-də, 2018-də bu sual sizə verilib. İndi yenidən soruşmaq istəyirəm, çünki hər keçən il daha dərin məna ifadə edir. “Zenit”dən ayrıldığınıza və vətəndaşlığınızı dəyişdiyiniz üçün peşman deyilsiz?
– Əvvəllər olduğu kimi, yenə eyni cavabı verəcəm: xeyr, bunların heç birinə görə görə peşman deyiləm. Çox qiymətli təcrübə qazandım, hər şey yaxşıdır.
 
– Artıq Azərbaycan millisində də qol vurursuz…
– Komanda qalib gələndə mən də yaxşı hiss edirəm. Ancaq vurduğum qol yığmama qələbə qazandırmadı. Yaxşı komandamız var, amma Avropa çempionatının seçmə mərhələsində çox güclü qrupa düşmüşük. Macarıstan Xorvatiyanı məğlub etdi, biz az qala dünya çempionatının vitse-çempionundan xal alacaqdıq. AVRO-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyini unutmamalıyıq. Bu səbəbdən bütün matçlarda qələbə qazanmağa çalışırıq.
 
– “Krılya Sovetov”la müqavilə müddətiniz mövsümün sonuna qədərdi. Gələcəklə bağlı planlarınızı müəyyənləşdirmisiz?
– Açığı, bu barədə heç düşünməmişəm. Çünki hamımız yalnız mövsümün son matçlarına köklənmişik. Mövsüm bitsin, sonra bir qərar verərik.
 
– Etiraf edin, “Zenit”dən evə qayıtmaq təklifi alsaz, bu sizi sevindirər?
– Bəli.
Shares: