UEFA Avropa Liqasında 1/2 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, həftənin ən yaxşısı adına “Arsenal”dan Aleksandr Lakazett və Pyer-Emerik Obameyanq, “Ayntraxt”dan Kevin Trapp və “Çelsi”dən Ruben Loftus-Çik namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Shares: