Futbol üzrə Avropa Liqasınının yarımfinal mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə ilk oyunda 1:1 hesablı heç-heçə edən İngiltərə təmsilçisi “Çelsi” yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, “zadəganlar” bu turnirdə məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb. Bununla da London təmsilçisi Avroliqada 16 məğlubiyyətsiz oyun keçirən ilk kluba çevrilib.
Bundan əvvəlki rekord İspaniyanın "Atletiko" klubuna məxsus idi. Madrid təmsilçisi 2011-2012-ci illərdə 15 Avroliqa qarşılaşmasını məğlubiyyətsiz başa vurmuşdu.
Qeyd edək ki, "Ayntraxt" və "Çelsi" arasında cavab oyunu mayın 9-da "Stemford Bric"də keçirilcək.