Azərbaycanın futbol üzrə aşağı liqalarında qol rekordu qırılıb.
Futbolinfo.az xəbər verir ki, bu uğura "Qarabağ"ın U-14 komandasının üzvü Qarayev Amin İlqar oğlu ima atıb.
Gənc futbolçu meydana çıxdığı 27 oyunda 64 qola imza atıb. Bununla da futbolçu Pilağa Mehdiyevin rekordunu qırıb. Pilağa 52 qol vuraraq rekord müəllifi olmuşdu.
Amin Qarayev ən məhsuldar oyunçu olaraq AFFA tərəfindən xüsusi diplomla təltif edilib.
Qeyd edək ki, U-14 liqasında çempion "Sabah" olub. "Binə" ikinci, "Qəbələ" üçüncü yeri tutub. Amin Qarayevin komandası "Qarabağ" isə 4-cü yerlə kifayətlənib.