UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.

Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına “Barselona”nın hücumçusu Lionel Messi layiq görülüb. Argentinalı futbolçu komandasının “Liverpul”u 3:0 hesabıyla məğlub etdiyi oyunda dubla imza atıb.

Həftənin ən yaxşısı adına “Ayaks”dan Frenki de Yonq və Donni Van de Bek, həmçinin Luis Suares də namizəd idi.

Shares: