“Səbail”in futbolçusu Emil Martinov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ”la qarşılaşacaqları oyun barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, klubun saytına danışan bolqarıstanlı yarımmüdafiəçi, matçla bağlı bunları deyib:

“Aleksandr Rıbkanın zədələnməsi komandamız üçün böyük bir itkidi, ancaq hamımız Elxan Əhmədova inanırıq. O, bacarıqlı, sakit və özünə inamlıdı. “Qarabağ”la oyun üçün hazır olacağıq”.

Mayın 5-də keçiriləcək “Qarabağ” – “Səbail” matçına saat 18:00-da start veriləcək.

Shares: