“Yetirməsi olduğum "Qəbələ"dən ayrılmaq çox üzücü və kədərlidi".
Futbolinfo.az xəbər verir ki, bu sözlər "Zirə"nin yeni transferi Elvin Camalova məxsusdu. "Qəbələ"nin yetirməsi olan və 2013-cü ildən bu klubun əsas komandasında çıxış edən 24 yaşlı futbolçu ayrılıq məktubu yazıb.
O, sosial şəbəkə vasitəsilə "Qəbələ" ilə vidalaşıb: "Özümə "Qəbələ"də gözəl dostlar qazandım, yaxşı insanlar tanıdım. Hər zaman yanımızda olan azarkeşlərimizə, rəhbərliyə təşəkkürümü bildirirəm. Heç vaxt bu möhtəşəm kollektivi unuda bilmərəm. Üzərimdə əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Allah razı olsun. Uğurlar!"