UEFA Çempionlar Liqasında final mərhələsinin oyunundan sonra qarşılaşmanın ən yaxşı futbolçusu məlum olub.

Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, final matçının ən yaxşısı adına “Liverpul”dan Vircil Van Deyk layiq görülüb.

O, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində həlledici görüşün ən yaxşısı adına layiq görülüb.

Çempionlar Liqasında “Liverpul” “Tottenhem”i 2:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub.

Shares: