Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 3-cü tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 12 qarşılaşma baş tutub. 

A qrupunda Çexiya Bolqarıstanı qəbul edib və əzmkar qələbəyə sevinib. Kosovo isə Monteneqronun qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib.

B qrupunda Litva Lüksemburqla, lider Ukrayna isə Serbiya millisi ilə qarşılaşıb. Litvadakı oyun heç-heçə yekunlaşıbsa, ukraynalılar serbləri 5 cavabsız qolla məğlub ediblər.

F qrupunun favoriti sayılan İspaniya millisi səfərdə Farer adalarının qonağı olub və darmadağına sevinib. İsveç də Maltanı 3 cavabsız qolla məğlub edib. Norveç isə Rumıniya ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

G qrupunda Avstriya Sloveniyanı minimal hesabla məğlub edib. Latviya isə İsrail yığması ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə darmadağına imza atıblar. Polşa da Makedoniya səfərindən minimal hesabla qalib ayrılıb.

AÇ-2020-nin seçmə mərhələsi
7 iyun

A qrupu

Çexiya – Bolqarıstan 2:1
Qol: P.Şik, 19; 50 – İ.İsa, 3.

Monteneqro – Kosovo 1:1
Qol: Muqosa, 69 – Raşiça, 25.

B qrupu

Litva – Lüksemburq 1:1
Qol: Novikovas, 74 – J.Rodriqes, 20.

Ukrayna – Serbiya 5:0
Qol: Çiqankov, 26; 28. Konoplyanka, 46; 75. Yaremçuk, 59.

D qrupu

Gürcüstan – Cəbəllütariq 3:0
Qol: Qviliya, 30. Papunaşvili, 59. Arveladze, 76.

Danimarka – İrlandiya 1:1
Qol: Hoybyerq, 76 – Daffi, 85.

F qrupu

Farer adaları – İspaniya 1:4
Qol: Olsen, 30 – S.Ramos, 5. X.Navas, 19. Gestsson, 34-öz qapısına. X.Qaya, 71.

İsveç – Malta 3:0
Qol: Kayson, 2. Klaesson, 50. İsak, 81.

Norveç – Rumıniya 2:2
Qol: T.Elyunussi, 566. Odeqaard, 70 – Keseru, 77; 90. 

G qrupu

Avstriya – Sloveniya 1:0
Qol: Burqstaller, 74.

Makedoniya – Polşa 0:1
Qol: Piontek, 47.

Latviya – İsrail 0:3
Qol: Zahavi, 10; 60; 80.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp