"Güclü rəqibə qarşı oynadıq. Qələbə qazandığımız üçün qürur duyuram. Oyun gününə kimi bu nəticəni əldə etmək üçün çox işlədik. Yeni tarix yaza bilməyimizdən şadam. Əminəm ki, bu komanda daha artığını bacara bilər" – bu sözləri Lixtenşteynin U-21 millisinin baş məşqçisi Martin Ştoklaza Avropa çempionatının seçmə mərhələsində yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
 
O, komandanın qapıçısı Armando Mayerə xüsusi təşəkkür edib: "O, bu matçda bir neçə çətin vəziyyətdə bizi xilas etdi. Ümumiyyətlə, hamı yaxşı oynadı. Qazandığımız üç xal komandanın ab-havasına müsbət təsir edəcək".
Shares: