AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi ilə üz-üzə gələcək Macarıstan yığması bu oyun ərəfəsində daha iki futbolçusunun xidmətindən məhrum olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marko Rossi məlumat verib.
O bildirib ki, müdafiəçilər Beşe Barnabaş və Tamaş Kadar zədə səbəbindən yığmamızla görüşdə iştirak etməyəcəklər.
Daha öncə hücumçu Şoter Donatın da Bakıya gətirilməyəcəyi açıqlanmışdı.
Sabah 8-ci km stadionunda baş tutacaq Azərbaycan – Macarıstan matçına saat 20:00-da start veriləcək.