Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan və Slovakiya ilə oyunlar öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Almaniya mətbuatına açıqlamasında o, bunları söyləyib:

“Hər iki matçda qələbə qazanmaq istəyirik. Bakıda  istənilən rəqib üçün çətin olacaq. Bundan başqa, qrupumuzda Uels kimi rəqib var, amma bu səddi də aşmaq olar”.

29 yaşlı futbolçu, formasını geyindiyi “Ersgebirge” haqda da danışıb: "İkinci Bundesliqada qalmaq uğrunda mübarizə apardıq. Növbəti mövsüm də yenidən eniş və yoxuşlar olacaq, ancaq narahat deyiləm. Yeni mövsüm daha çətin olacaq. Çünki "Ştutqart" və "Hamburq" kimi komandalarla mübarizə aparacağıq".

Nazarov uzun mövsümdən sonra bir az dincəlməyə ehtiyacı olduğunu söyləyib: “Ümid edirəm ki, baş məşqçimiz Daniel Meyer bunun üçün imkan yaradacaq".

Qeyd edək ki, Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq,

Shares: