Almaniyanın III Bundesliqasında çıxış edən "Proyssen" klubu yaxın günlərdə yeni mövsümün hazırlığına başlayacaq. 

Futbolinfo.az xəbər verir ki, Münster klubunun hücumçusu Rüfət Dadaşov komandaya gec qoşulacaq.

Buna səbəb forvardın hazırda Azərbaycan millisinin düşərgəsində olmasıdı. Belə ki, o, sabah Macarıstan, iyunun 11-də isə Slovakiya ilə qarşılaşmanın heyətinə dəvət edilib. "Proyssen" klubu buna görə, Dadaşova əlavə istirahət imkanı da verəcək.

İdman direktoru Malte Metzelder futbolçunun yığmada oynamasına görə sevinc hissi duyduqlarını deyib: "Bütün oyunçular istirahətə yollandığı halda, Rüfət mövsüm başa çatan kimi, Azərbaycan millisinə qoşuldu. Onun dincəlmək imkanı olmadı. Bu üzdən yığmanın oyunlarından sonra ona istirahət üçün icazə verilib. Dadaşov yalnız ayın sonlarında kollektivə qoşulacaq". (matc.az)

Shares: