Cənubi Afrika Respublikasının (CAR) "Kayzer Çifs" komandasının futbolçusu Hendrik Eksteyn Azərbaycandan təklif alıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçinin agenti Paleza Mxize açıqlamasında bildirib. O, komandanın adını müqavilə bağladıqları vaxt açıqlayacağını söyləyib. 

Agenti Eksteynə yerli klublardan da təklif olduğunu və yalnız seçim etdiyi vaxt konkret ad çəkəcəyini vurğulayıb.

Eksteyn "Kayzer Çifs"də 2014-cü ildən çıxış edir. O, ötən mövsüm 19 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Shares: