Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.
Hücumçu Konqo millisində 3 oyun keçirib.