“Neftçi” Fəhmin Muradbəylini yenə heyətdə saxlamağı lazım bilmədi. Müqavilə ilə “ağ-qaralar”a məxsus olan sağ cinah yarımmüdafiəçisi növbəti dəfə icarəyə verildi.
“Səbail” Premyer Liqaya vəsiqə qazandığı vaxtdan bu klubda icarədə olan gənc oyunçu 3-cü dəfə eyni aqibəti yaşayacaq. Fəhminin qarşıdakı mövsümü də “dənizçilər”də keçirəcəyi az sonra rəsmən açıqlanacaq.