Macarıstan millisinin üzvü Gerqo Lovrençiç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, ölkəsinin “Ferençvaroş” klubunun şərəfini qoruyan 31 yaşlı sağ cinah yarımmüdafiəçisi, Bakıda jurnalistlərin suallarını cavablandırıb:

– Millidəki ab-hava necədir?
– Bütün komanda üzvlərinin motivasiyası yüksək səviyyədədir. Arzumuz var, onu reallaşdırmaq istəyirik.

– Arzularınızı qüvvədə saxlamaq üçün sabah mütləq qələbə lazımdırmı?
– Bunun üçün gəlmişik. Qələbə qazanmaq istəyirik. Bu dəfə əsas üstünlüyümüz ondan ibarətdi ki, hazırlaşmaq üçün uzun zamanımız var idi. Bu, bizim üçün müsbət məqam olacaq. (komanda.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp