İspaniyanın “Real” klubu növbəti transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Hazardı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 28 yaşlı oyunçu tezliklə Madridə gələcək və tibbi müayinədən keçəcək. 

Müqavilə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin “Real”a 100 milyon avroya başa gəldiyi yazılır. 

Hazard 2018/19 mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub, 15 məhsuldar ötürmə verib. O, Avropa Liqasının Bakıda baş tutan və "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında dubla imza atıb. Həmin oyun sözügedən futbolçunun “Çelsi”dəki son matçı olub.

Qeyd edək ki, peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Hazard 2012-ci ildən "Çelsi"də çıxış edirdi. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp