Bu gün futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Macarıstan yığmasını qəbul edib.
Bu, millimizin E qrupunda ikinci, macarların isə üçüncü oyunu olub. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub, evdə Xorvatiyaya qalib gəlmişdilər – 2:1. Azərbaycan millisi isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olmuşdu – 1:2.
Bu qarşılaşmada isə qapılara 4 qol vurulub. Millimiz doğma meydandakı oyundan məğlubiyyətlə ayrılıb.
Bu gün qrupun digər matçında Xorvatiya Uelsi qəbul edib və çətinliklə də olsa, qalib gəlib.
Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu
8 iyun
Xorvatiya – Uels 2:1
Qol: Laurense, 17-öz qapısına. Perişiç, 48 – Bruks, 77.
Azərbaycan – Macarıstan 1:3
Qol: M.Emreli, 69 – V.Orban, 18; 53. D.Holman, 71.
Baş hakim: Kevin Blom (Hollandiya).
Bakı. 8-ci km stadionu.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev.
Baş məşqçi: Nikola Yurçeviç.
Macarıstan: 1. Peter Qulaçi, 2. Botond Barat, 3. Mihal Korhut, 6. Villi Orban, 7. Balaş Dşudşak (k), 8. Adam Naqi, 9. Adam Salai, 10. Dominik Soboslai, 14. Gerqe Lovrençiç, 15. Laslo Klaynhaysler, 18. Dominik Naqi.
Ehtiyat oyunçular: 12. Deneş Dibus, 22. Adam Kovaçik, 4. Yanos Ferençsi, 5. Paulo Vinisius, 11. Kristian Nemet, 13. Solt Kalmar, 16. Mate Patkai, 17. Roland Varqa, 19. David Holman, 20. İstvan Kovaç, 21. Tamaş Kadar, 23. Filip Holender.
Baş məşqçi: Marko Rossi.