İngiltərənin “Mançester Yunayted” klubu bu yayın ilk transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi, “Suonsi Siti” klubunda çıxış edən Daniel Ceymsi heyətinə qatıb. Bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Britaniya mətbuatının iddiasına görə, MY bu transfer üçün “Suonsi Siti”yə 15 milyon funt sterlinq təzminat ödəyəcək.
Daniel Ceyms başa çatan mövsümdə 38 matçda 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.