Ötən gecə dünyanın yaşıl meydanlarında yığma komandalar səviyyəsində yoxlama oyunları da keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Slovakiya yığması İordaniya ilə qüvvəsini sınayıb. Görüş slovakiyalıların əzmkar qələbəsi ilə başa çatıb. Belə ki, fasiləyə hesanda 0:1 geridə yollanan rəqibimiz asiyalılara bu qolu vurmağa peşman edib. Slovakiyanın qollarının müəllifləri yarımmüdafiəçiləri Lukas Haraşlin, Martin Xrien, Yan Qrequş (penalti), Yaroslav Mixalik və hücumçu Samuel Mraz olub.

Qeyd edək ki, Slovakiya yığması iyunun 11-də Bakıda millimizin qonağı olacaq.

Gecənin digər oyunlarına gəlincə, Uruqvayın Panamanı, Argentinanın isə Nikaraquanı böyük hesabla məğlub etməsi diqqətçəkən olub.

Yoxlama oyunları
7 iyun

Cənubi Koreya – Avstraliya 1:0
Çin – Filippin 2:0
Tacikistan – Əfqanıstan 1:1
Özbəkistan – Şimali Koreya 4:0
Fil Dişi Sahili – Komor adaları 3:1
Qvineya – Qambiya 0:1
Kenya – Madaqaskar 1:0
Tunis – İraq 2:0
Slovakiya – İordaniya 5:1
Uruqvay – Panama 3:0
Argentina – Nikaraqua 5:1

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp