İngiltərənin “Everton” klubu müdafiəçisi Eşli Uilyamsla yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu ilə müddəti bitən müqavilənin yenilənməməsinə qərar verilib.
Uilyams “Everton”da 2016-cı ildən çıxış edirdi. Uels yığmasında 85 oyun keçirmiş mərkəz müdafiəçisi Liverpul klubuna “Suonsi Siti”dən 12 min avroya transfer edilmişdi. O, bu klubda 73 oyuna çıxıb, 3 qola imza atıb.
“Everton” Uilyamsdan öncə 12 il idi bu komandanın şərəfini qoruyan kapitanı Fil Jaqielka ilə vidalaşdığını açıqlamışdı.