İtaliyanın “Napoli” klubu bu yay ilk transferini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Neapol təmsilçisi geridə qalan mövsümün yekunlarına əsasən A Seriyasını tərk etmək məcburiyyətində qalan “Empoli”nin müdafiəçisi Covanni Di Lorensonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Neapolluların bu transferə görə “Empoli”yə 9,5 milyon avro təzminat ödədiyi bildirilir.

25 yaşlı italiyalı futbolçu “Empoli”də 2017-ci ildən forma geyinirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp