2022-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final oyununu keçirmək istəyən namizəd ölkələrin sayı 3-ə enib.

Futbolinfo.az xəbər verir ki, UEFA Fransa, Hollandiya və Portuqaliyadan bu mötəbər turniri təşkil etməklə bağlı ətraflı təklif kitabı alıb. 

Bosniya və Herseqovina, Qazaxıstan, Litva və İsveçin namizədliyi dəstəklənməyib. Fransanın Lill və Orchies, Hollandiyanın Amsterdam və Qroningen, Portuqaliyanın isə Lissabon və Portu şəhərləri qitə birinciliyinə ev sahibliyi etmək iddiasındadı. 

Yekun qərar UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 24-də Sloveniyanın Lyublyana şəhərində keçiriləcək iclasında qəbul ediləcək. 

İlk dəfə 16 komandanın iştirak edəcəyi AÇ-nin final mərhələsi 2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp